Sabunçu rayonu, 259 saylı orta məktəb ilə infotur

“Delta Qrup C.O.” MMC-nin təşkilatçılğı ilə  02 Noyabr tarixində  “Çörəkçi” istehsalat müəssisəsində Sabunçu rayonu, 259 saylı orta məktəbin 3-cü sinif şagirdləri ilə məktəbli turu təşkil olunmuşdur.Davamlı xarakter daşıyan turun keçirilməsində əsas məqsəd ekoloji təmiz şəraitdə hazırlanan məhsullar haqqıında şagirdlərə dolğun məlumat verməkdən ibarətdir. İstehsal müəssisəsi ilə tanış olan məktəblilər çeşidli çörək, bulka və kruassandan dadıb, hazırlanmasını canlı izlədilər. Şagirdlərə bildirilib ki, zavodda çox adda çörək növləri istehsal edilir və istehsal olunan məhsullar əl dəymədən hazırlanır.
Sonda iştirakçılarımıza ”Bismak” və “Çörəkçi” məhsullarından hazırlanan hədiyyə paketləri təqdim olunub.