Gündəlik həyatımızın ayrılmaz hissəsi olan çörək artıq sizə yalnız keyfiyyət və dad deyil, eyni zamanda dəyərli hədiyyələr qazanmaq imkanı da təqdim edir. “Çörəkçi “markası “Qızıl Sandıq” lotereyasına qoşularaq müştərilərinə maraqlı və sərfəli kampaniya təqdim edir.
Kampaniya 10 fevral – 23 mart tarixlərini əhatə edir. Bu müddət ərzində “Çörəkçi” məhsullarını alan hər bir müştəri etdiyi hər alışa görə 3 şans əldə edir. Bu şanslar isə sizi böyük hədiyyələrə bir addım daha yaxınlaşdırır.
Lotereyada iştirak edənləri bir-birindən cəlbedici mükafatlar gözləyir:
- Sea Breeze ərazisində mənzil
- Avtomobil
- iPhone və digər dəyərli hədiyyələr
Kampaniyada iştirak etmək isə olduqca sadədir. Bunun üçün:
- “Çörəkçi “məhsullarını alın
- Alış çekinizi saxlayın
- Çeki “Sandıq” tətbiqinə yükləyin
Bundan sonra siz avtomatik olaraq lotereyada iştirak hüququ qazanırsınız.
Qeyd edək ki, kampaniya müddətində edilən hər alış sizə əlavə şans qazandırır. Nə qədər çox alış etsəniz, qazanmaq ehtimalınız da bir o qədər artır.
“Çörəkçi “ilə həm keyfiyyətli məhsullardan zövq alın, həm də “Qızıl Sandıq” lotereyasında iştirak edərək böyük hədiyyələr qazanmaq fürsətini qaçırmayın!