“Caspian Energy Club” üzvləri üçün “Çörəkçi” istehsalat müəssisəsində “Grand CEO Tour” təşkil olunub.

“Caspian Energy Club” üzvləri üçün “Çörəkçi” istehsalat müəssisəsində “Grand CEO Tour” təşkil olunub.
Tədbirin əsas məqsədi qonaqları istehsal prosesi, tətbiq olunan keyfiyyət standartları və fəaliyyət istiqamətləri ilə yaxından tanış etmək olub.
Səfər zamanı iştirakçılar “Çörəkçi”nin müasir texnologiyalar əsasında qurulmuş istehsalat xətlərini izləyib, məhsulların hazırlanma mərhələləri ilə əyani şəkildə tanış olublar. Qonaqlara müəssisədə tətbiq olunan keyfiyyətə nəzarət mexanizmləri və gigiyenik standartlar barədə ətraflı məlumat verilib.