30 iyul 2025-ci il tarixində keçirilən “Pastry & Bakery Chefs Baku Cup 2025” çempionatı çərçivəsində BƏƏ, Şri Lanka, Türkiyə, Rusiya və İrandan dəvət olunmuş pastry ustalarının iştirakı ilə möhtəşəm yarış baş tutdu. Yerli və xarici pastry və bakery ustaları bu nüfuzlu tədbirdə öz peşəkarlıqlarını nümayiş etdirdilər.
“Çörəkçi” məhsulları Baku Cup 2025 çempionatında təqdim olundu
“Çörəkçi” Azərbaycanda ilk dəfə keçirilən 1-ci Qənnadçılıq üzrə Respublika Kulinariya çempionatında tərəfdaş olaraq çıxış edib. Stendimizə yaxınlaşan rəsmilər, şef aşpazlar və yarışı izləməyə gələn şəxslər məhsullarımızla tanış olublar.