Xırdalan şəhəri 2 saylı orta məktəb ilə infotur

Xırdalan şəhəri  2 saylı orta məktəb şagirdləri ilə 26 oktyabr 2017-cı il tarixində “Delta Qrup C.O.” MMC-nin “Çörəkçi” istehsalat müəssisəsində ekskursiya təşkil edildi. İlk öncə infotur iştirakçılarına istehsalat sahəsinə daxil olmaq üçün təhlükəsizlik qaydaları barədə ətraflı məlumat verildi. İstahsalat sahəsində təmizlik və gigiyena qaydalarına riayət etmək üçün  böyükdən kiçiyə hər kəs xüsusi geyimlərlə təchiz edildi. Məktəblilər istehsal müəssisəsi, çeşidli çörəklərin hazırlanma texnologiyası və qablaşdırılma prossesi ilə tanış oldular. Tam sağlam və gigiyenik şəraitdə  hazırlanmasının canlı şahidi oldular. İstehsal olunan çörəklər ilə bağlı məktəblilərin sualları tərəfimizdən peşəkarlıqla cavablandırıldı.
“Delta Qrup” MMC-nin məktəblilər  üçün təşkil etdiyi infotur iştirakçılarda zəngin təəssürat doğurub.

Sonda hər bir iştirakçımıza Bismak və Çörəkçi məhsullarından hədiyyələr təqdim olundu.