Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə 17 dekabr tarixində keçirilən 12-ci “Caspian Business Award 2025” beynəlxalq mükafatlandırma mərasimi iş dünyasının nüfuzlu nümayəndələrini bir araya gətirdi.
Tədbir çərçivəsində “ATS Food MMC”-nin “Çörəkçi” markası “İlin un məmulatı istehsalçısı” adına layiq görüldü. Bu dəyərli mükafat komandamızın zəhmətinin və peşəkarlığının bariz göstəricisidir.
Əldə olunan bu uğur münasibətilə komandamızı təbrik edir, gələcək fəaliyyətimizdə daha böyük nailiyyətlər arzulayırıq.