Haqqımızda
“Çörəkçi” zavodu Azərbaycan Respublikasının Sahibkarlığa Kömək Milli Fondunun güzəştli krediti və “ATS Food” MMC-nin vəsaiti hesabına 14.01.2013-cü il ildə təsis edilmişdir. Zavodun açılışında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev iştirak etmişdir. Zavodun təsis edilməsində məqsəd sanitar-gigiyenik norma tələblərinin gözlənildiyi istehsal müəssisəsində, əl dəymədən, tam avtomatlaşdırılmış qaydada istehsal olunan çörək və çörək-bulka məmulatları ilə bu sahədə olan təlabatı qarşılamaqdır.
Almaniyanın Werner & Pfleiderer şirkətinin avadanlığı və texniki dəstəyi ilə qurulmuş zavodda istehsalın hər bir mərhələsinə ayrı-ayrılıqda nəzarət sistemi tətbiq olunub.
“Çörəkçi” zavodunun gündəlik istehsal gücü 150 tondur.
Zavod kompleksinə daxil olan taxıl anbarı və un dəyirmanı Türkiyənin aparıcı şirkətlərinin texnologiyası əsasında qurulmuşdur. Taxıl məhsullarının tədarükü və saxlanması üçün hər birinin tutumu 4 min ton olan 6 anbar inşa olunmuşdur. Anbarda quraşdırılmış təmizləmə və qurutma sistemləri tədarük olunacaq taxıl məhsullarının itkisiz və uzun müddət ərzində saxlanmasına imkan verir. Kompleksin tərkibində taxıl anbarının olması xammal bazasının yaradılması baxımından əhəmiyyətli rola malikdir. Taxıl anbarı kompleksinə daxil olan un, dəyirmanın və çörək zavodunun fasiləsiz fəaliyyətini təmin edir. Gündəlik istehsal gücü 250 ton olan dəyirman kompleksində ən son texnologiya sayılan quru təmizləmə sisteminin tətbiqi digər ənənəvi dəyirmanlardan fərqli olaraq daha geniş həcmdə əla, birinci və ikinci növ keyfiyyətli un istehsalına tam şərait yaradır.
“Çörəkçi” zavodu şirniyyat çeşidləri, buğda tərkibli çeşidlər, çovdar tərkibli çeşidlər istehsal edir.
- Buğda tərkibli çeşidlər: Lavas, Zavod çörəyi, Baton ekstra, Baton sadə, Dönər, Tost
- Çovdar tərkibli çeşidlər: Zirəli çörək, Kömbə çovdarlı, Borodino, Alman, Mayasız, Pəhriz, Qara tost
- Şirniyyat çeşidləri: Kruassan, Yumo Yum bulka, Qat-qat alma cemli bulka, Kətə, Korjik
- PL məhsullar: Baton ekstra 400 qr, Baton zirəlı 400 qr, Baton kəpəklı 400 qr, Zavod çörəyi, Kruassan