“Delta Qrup C.O” MMC yeniliklərini sizlərə təqdim edir.

Daim dəyişikliklər  və inkişaf  edən müəssisəmizin yeniliklərini sizlərə təqdim etmək istərdik. Artıq süfrələrinizin bəzəyi olan çörək çeşidləri alışdığımız  dad qalmaqla yeni qablaşdırmada süfrələrinizi bəzəyəcək. “Çörəkçi” istehsalat müəssisəsi 10 növ çörək çeşidlərində yeni daha müasir və gözoxşayan dizaynlara üstünlük verərək qablaşdırılma dizaynlarında dəyişiklik edib.

Şirkət bununla kifayətlənməyərək sizlərin ixtiyarına 2 növ yeni Alman və Sağlam çörək çeşidlərini  hazırlayıb. Tərkibində maya miqdarı çox az olan və vitaminlərlə zəngin olan Alman çörək çeşidini artıq satış nöqtələrindən əldə edə bilərsiniz.

Əla növ buğda unu və buğda dənələrindən hazırlanan Sağlam çörək növü isə hər kəsin ideal seçimi olacaq.

“Çörəkçi” istehsalat müəssisəsində hazırlanan  bütün məhsullar, yüksək keyfiyyətli xammaldan  hazırlanır. 2018 ci ildə də bir neçə yeni çeşidlər hazırlanıb dəyərli müştərilərimizə təqdim olunacaq